VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin ilk finalçısı İtaliya olub.

BAKU.WS xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya finala adlaya bilib.

Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.

***

İtaliya – İspaniya oyununda ilk hissə başa çatıb.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, matçın ilk hissəsində hesab açılmayıb.

***

22:27

AVRO-2020-nin ilk yarımfinal görüşünün start heyətləri açıqlanıb.

Gözəçarpan dəyişiklik İspaniya millisində hücumun sivri ucunda bu dəfə Alvaro Morataya yox, Mikel Oyarzabala üstünlük verilməsidir.

İtaliya (4-3-3): Donnarumma, Emerson, Kyellini (kapitan), Bonuççi, Di Lorentso, Verratti, Jorjinyo, Barella, İnsinye, Kyeza, İmmobile

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Olmo, Feran Tores, Oyarzabal

BAKU.WS
VİDEO