SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Rusiya "Krasnodar"ı ilə yoldaşlıq matçında fərqlənib.

Emreli 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.

Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

BAKU.WS