SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçə bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, belə bir iddia ilə "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib.

Həmkarımız instaqramda video paylaşaraq, telefonunda 65 yaşlı mütəxəssisin fotosunu göstərib və onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib. Lakin o, konkret komanda adı çəkməyib.

"Sampnews24.com" iddia edir ki, De Byazi "Sampdoriya"nın baş məşqçisi ola bilər. Çünki bu klubun idman direktoru Karlo Osti daim təcrübəli mütəxəssisin işini bəyənib. Hətta italiyalı baş məşqçi ötən mövsüm bu komandaya rəhbərlik etməyə yaxın olub.

Lakin Di Martsionun sözləri "Fiorentina" və "Spetsiya"ya da şamil edilə bilər. Bu komandalar da hazırda yeni baş məşqçi axtarışındadırlar. Di Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Sampdoriya"ya ötən mövsüm Klaudio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 9-cu pillədə başa vursa da, Ranyeri müqaviləsini uzatmayıb.

BAKU.WS