SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020-də qrup mərhələsinin I turunun daha bir oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, turun açılış oyununda Danimarka və debütant Finlandiya ilə üz-üzə gəlib. 42-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb.

Nəticədə matçda fasilə yaranıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb.

İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, "davam" qərarı verib. Görüş qaldığı yerdən davam etdirilib.

Hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandırıb.

Qeyd edək ki, B qrupunda ilk turun digər görüşü Belçika və Rusiya yığmaları arasında keçirilir. Hələlik Belçika öndədir - 1:0.

Qeyd edək ki, B qrupunda I turun digər görüşündə Belçika və Rusiya qarşılaşır.

AVRO-2020

12 iyun

I tur, B qrupu

20:00. Danimarka – Finlandiya - 0:1

Qol: Joel Pohyanpalo, 59

74-cü dəqiqədə Pyer Emil Hoybyerq penaltidən yararlana bilməyib.

Baş hakim: Antoni Teylor (İngiltərə)

Kopenhagen. “Parken” stadionu

BAKU.WS