SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"u çalışdırmış məşhur gürcü baş məşqçi Şota Arveladzenin yeni komandası müəyyən olmaq üzrədir.
 
BAKU.WS-in məlumatına görə, son olaraq 2015-ci ildə "Trabzonspor"da çalışan Şota həyatını Türkiyəyə yaxın bir ölkədə davam etdirməyi planlaşdırır. Azərbaycanın paytaxtı Bakıda baş tutan UEFA U17 Avropa Çempionatının finalı izləyən məşqçinin adı "Neftçi" klubu ilə hallanır. 
 
 
Azərbaycan Futbol Federasiyası Assosiasiyasının dəvəti ilə Bakıya gələn 43 yaşındakı məşqçinin Azərbaycana səfərinin qarşılaşmanı izləmək olmadığı deyilir. Şotanın "Neftçi" ilə danışqlar apardığı iddia olunur. Tərəflər arasında razılıq əldə olunacağı gözlənilir. 

Gürcü məşqçi matçdan sonra jurnalistlərə açıqlamasında söz-söhbətlərə aydınlıq gətirib. Şota "Azərbaycanda klub çalışdıra bilərsiniz?" sualına "Dəvət olsa, baxarıq" deyə cavab verib. 
 
Qeyd edək ki, hazırda "Neftçi"ni müvəqqəti olaraq Vəli Qasimov çalışdırır. Onun müqaviləsinin müddəti bitmək üzrədir. 
 
Şahin Həbibov
BAKU.WS