Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ” klubu "Fənərbaxça”nın serb futbolçusu Miloş Krasiçi bəyənməyib. 


BAKU.WS xəbər verir ki, bu haqda eurosport saytı xəbər yayıb. Məlumata görə, Azərbaycan təmsilçisi qrup oyunları öncəsi heyətini gücləndirmək istəsə də serb futbolçunun hazırkı durumundan razı qalmayıb. Miloş Krasiç "transfer pəncərəsi”nin son günü "Lexiya” klubu ilə iki illik müqavilə imzalayıb. 


Qeyd edək ki, 30 yaşlı Miloş Krasiç karyerasının ən yaddaqalan illərini Moskva ÇSKA-da keçirib. Futbolçu Rusiya karyerasından sonra "Yuventus”a keçib. Turin təmsilçisində möhkəmlənə bilməyən futbolçu İstanbulun "Fənərbaxça” klubuna transfer olunub. O, son günlər icarə əsasında Fransanın "Bastia” klubunda forma geyinib. 

 

Azad Əliyev 

BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ