SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda futbol klubu azyaşlı oyunçularına qida rasionu kimi enerji içkisi verir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Xocalı” Futbol Klubunun “Facebook” səhifəsi məlumat yayıb.

“Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlığı ilə yayılmış fotoda azyaşlı oyunçuların enerji içkisi ilə qidalandığı görünür. Bu isə azyaşlıların orqanizmi üçün zərərli hesab edilir.

Onu da bildirək ki, artıq həmin şəkli klub öz səhifəsindən silib.

“Xocalı” Futbol Klubu azyaşlı futbolçulara enerji içkilərinin verilməsi məsələsinə aydınlıq gətirib.

Bununla bağlı klubun prezidenti İlkin Hacıyev açıqlama verib.

“Xocalı” Futbol Klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir. Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və futbolçularımıza da elə içkilər məsləhət bilməmişik.

Kiçik anlaşılmazlıq olub. Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən bunun nöqsan olduğu nəzərlərinə çatdırılıb və post dərhal silinib”, - deyə İ.Hacıyev qeyd edib.

BAKU.WS