SİZİN REKLAM BURADA!
055 213 76 73


Qeyd etdiyimiz kimi Avropanın bir neçə klubu elit Avropa Super Liqası qurmaqla bağlı razılaşmışdılar.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, futbol ictimaiyyətinin, hökumət rəhbərlərinin və azarkeşlərin qarşı çıxdığı bu qərara artıq rekasiya verildi.

Belə ki, Liqada iştiraka razılıq verən “Mançester Yunayted” klubunun rəhbərliyi azarkeşlərin etirazı qarşısında geri addım atmağa məcbur olub. Klubun idarə heyətində təmsil olunan Ed Woodward baş vermiş böhrana görə vəzifəsindən istefa verib.

Bundan başqa, Britaniya mediasında “Mançester Yunayted” ilə "Çelsi" klubunun Avropa Super Liqasında iştirakdan imtina edəcəyi bildirilir. Klublar isə bununla bağlı rəsmi açıqlama yaymayıb.

BAKU.WS