VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında komandamız ilk medalını qazanıb.

BAKU.WS "Azərtac"a istinadən xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev üzərində qələbə qazanıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

BAKU.WS