VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Barselona”nın ulduz futbolçusu Lionel Messi könüllü olaraq Cənubi Amerika futbolçuları üçün koronavirus peyvəndinin alınmasında köməklik göstərib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, argentinalı hücumçu bu yay keçiriləcək Amerika Kuboku ərəfəsində bütün Cənubi Amerika futbolçularını peyvənd etmək kampaniyasında iştirak edib.

Argentinalı oyunçu çinin əczaçılıq şirkəti olan “Sinovac”a öz imzalı formalarını bağışlayıb və bundan sonra 50 min doza vaksin alınıb.

Qeyd olunur ki, razılaşma Uruqvay prezidenti Luis Lakal Pounun vasitəçiliyi ilə rəsmiləşdirilib.

BAKU.WS