SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatını buraxa bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının prezidenti Kiron O Konnor BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəfiqəsinə hücumda şübhəli bilinən və bu səbəbdən yığmadan kənarlaşdırılan 48 yaşlı mütəxəssisin vəzifəsinə qayıdışı sual altındadır: "Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir. Giqqz kollektivə qoşula bilsə, əla olacaq. Amma bu baş verməsə, A, B, C və D planlarımız da hazırdır".

O Konnor Avropa çempionatının oyunları zamanı komandanın sükanı arxasında Giqqzin köməkçisi Robert Peycin ola biləcəyini də istina etməyib.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

BAKU.WS