VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təqribən 20 gün öncə COVID-19 testim müsbət çıxdı. Bu səbəbdən Portuqaliyada keçiriləcək qarşıdakı Avropa çempionatında iştirak etməyəcəyəm".

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov şəxsi instaqram hesabında yazıb.

73 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı artıq koronavirusdan sağaldığını bildirib: "Yaxşıyam və medal qazanmaq istədiyim dünya çempionatına hazırlaşıram. Hər şey yaxşı olacaq. Növbəti yarışlarda sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Azərbaycanı 16 - 18 apreldəki Avropa çempionatında 10 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 9, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Cüdo üzrə dünya çempionatı isə bu il 6 - 13 iyunda Macarıstanın paytaxtı Budapeştdə olacaq.

BAKU.WS