SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
 

Türkiyənin Antalya şəhərində 4 ölkənin - Azərbaycan, Polşa, Ukrayna və Türkiyə parlamentariləri arasında keçirilən futbol matçının videosu yayılıb. 

BAKU.WS xəbər verir ki, komanda hesabı ilə deputatlarımızdan ibarət yığma ikinci olub. Birinci yerə isə Türkiyə Bəyük Millət Məclisinin deputatlarından ibarət komanda çıxıb.

Deputatlarımız Polşa ilə oyunda 2:1 hesabı ilə qalib gələrək finala çıxıb. Finalda isə "Kəpəz” in qapıçısı Hüseyn Məhəmmədov da deputatlarımızı məğlubiyyətdən xilas edə bilməyib. 1:2 hesabı ilə Türkiyəyə uduzan komandamız ikinci olub. 3-cü, 4-cü yerləri isə Polşa və Ukrayna komandaları bölüşüb.

Qeyd edək ki, bu maç ənənəvi futbol turnirlətindən fərqli olub.  Deputatların peşəkar idmançı olmadıqları nəzərə alınaraq hər taym 45, yox 35 dəqiqə müəyyən olunub. Eyni zamanda futbolçuların bir neçə dəfə dəyişdirilməsinə icazə verilib. 

Azərbaycan deputatlarından ibarət komandanın kapitanı Mili Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov olub. Komandada deputatlardan Azər Badamov, Fazil Mustafa, Zahid Oruc, Kamran Bayramov, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov və Milli Məclis aparatından 11 nəfərlik heyət komandada təmsil olunub.
 
BAKU.WS