SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, amerikalı döyüşçü mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.

“Dəmir Mayk” rəqibinin kim olacağına aydınlıq gətirməyib.

Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 54 yaşlı Taysonun hesabında 58 peşəkar boks döyüşü var. O, bu döyüşlərdən 50-də qələbə qazanıb.

BAKU.WS