VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi barədə paylaşım edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 36 yaşlı qrossmeyster "Facebook" səhifəsində bugünkü qarşılaşmalarda yaxşı nəticəyə ümid etdiyini bildirib. Məmmədyarov "Bu gün geridönüş edəcəyimə ümidvaram" yazıb.

Azərbaycanın ən reytinqli şahmatçısı yarışın ilk gününü 3 xalla başa vursa da, ikinci gün uğursuz çıxış edib. Şahmatçı VI turda FIDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, VII turda norveçli Maqnus Karlsenə, VIII turda ispaniyalı David Antona uduzub. IX turda isveçli Nils Qrandeliusa qalib gələn 36 yaşlı qrossmeyster X turda isə Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmadan məğlub ayrılıb.

"Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycanı Teymur Rəcəbov da təmsil edir.

Qeyd edək ki, ikinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.

BAKU.WS