SİZİN REKLAM BURADA!
055 213 76 73


"Burada səfər oyunu keçirmək hər bir komanda üçün çətin hesab olunur. Rəqibimizin heyətində çoxlu dəyişiklik baş versə belə, bu kollektivin ruhu var. Ona görə hərtərəfli seçilir, fərqlənirlər".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis oyuna pis başlamadıqlarını, lakin meydan sahibləri ilk standart vəziyyətini qolla tamamladıqdan sonra komandasının bir müddət gərginlik yaşadığını və öz oyununu bir qədər itirdiyini bildirib. Onun fikrincə, "Qəbələ" 29-cu dəqiqədə Merab Giqaurinin azlıqda qalması ilə "Zirə" daha üstün oynamağa başlayıb. Lakin bu zaman da rəqibin yenə təhlükəli hücumları yenə qüvvəd-ə olub, əks-hücumlara çıxıblar.

"Sona doğru çalışdıq ki, böyük qüvvə ilə hücuma atılaq. Bu məqsədlə ön xətdəki oyunçularımızın sayını artırdıq. Hətta stopperimiz Nemanya Ancelkoviçi də hücuma göndərdik. Vurmaya da bilərdik, amma sevindirici haldır ki, vura bildik" deyən Sadıqov çox önəmli oyunda hesabda geri düşdükdən sonra 1 xal qazandıqlarını vurğulayıb: "Burada uduzmamaq bizim üçün çox önəmli idi. Ən azı "Sumqayıt" və "Qəbələ" ilə xal fərqimizi saxladıq. Avrokubok zonasına düşmək baxımından da bu oyunda uduzmamaq çox vacib idi".

Baş məşqçi müdafiə xəttindən narazılığını gizlətməyib: "Hesabda geri düşdükdən və rəqib azlıqda qaldıqdan sonra məcburən hücumda oyunçularımızın sayını artırdıq. Çünki bizə həm qol vurmaq lazım idi, həm də say üstünlüyümüz yaranmışdı. Böyük qüvvə ilə irəli atıldıq. "Qəbələ" çempionatda hücumları, xüsusən, əks-hücumları ilə çox məşhurdur. Nəticədə rəqibin əks-hücumları ilə qarşılaşdıq. Əvvəlki oyunlarda daha çox səliqəli müdafiə olunur, qapanır, qol fürsəti vermirdik. Amma bu gün ikinci hissənin 15-20 dəqiqəsi ərzində rəqibin bir neçə təhlükəli əks-hücumu oldu. Yaxşı ki, bir epizodda qapıçımız Mateus Albino inamlı oynadı, digərlərində rəqib dəqiq olmadı. Bizim də qol epizodları var idi. Bu gün uduza da bilərdik. Ümumən götürsək, komandamın müdafiə olunmasından razı deyiləm. Çünki əvvəlki oyunlarla müdafiədə qapımızda qol vəziyyətləri veririk".

Sadıqov oyunun sonlarında meydanda baş vermiş insidentə də aydınlıq gətirib: "Orada anlaşılmazlıq oldu. Orada futbolçumuz İlkin Muradov kiməsə söz deyirdi, səhv anlaşıldı. Əslində mən belə halların tərəfdarı deyiləm. Oyun zamanı oyunun içində olmalısan. Uzatma dəqiqələrində hesabda geridə olmaq futbolçuları gərginləşirlər. Hardasa anlayışla qarşılayıram, amma mən belə şeyləri sevmirəm. Mütləq bu yöndə bəzi tədbirlər, söhbətlər olacaq. Əslində bunları edirik də. Amma sonda baxırsan ki, eyni futbolçularda təkrarlanır. Bəlkə də xarakterlə bağlıdır. Amma yenə də bu yöndə işlərimizi aparacağıq. Mənim komandamda bu tip söhbətlər olmamalıdır. Nə olursa-olsun, mütləq futbola köklənmək lazımdır".

Gənc mütəxəssis oyun vaxtı ehtiyat oyunçular skamyasından gələn səslərin hakimlikdən narazı qalmaları anlamına gəlməməsinin vacibliyini dilə gətirib: "Hakimliyin bərbad olması fikri ilə razı deyiləm. Sadəcə, 8 komandanın hamısı etiraz edir. İndi tribunalar boş olur. Amma hətta 100-200 azarkeş olanda da meydandan səs o qədər də eşidilmir, etirazlar gözə girmir. O gün Çempionlar Liqasının İtaliya "Yuventus"u ilə Portuqaliya "Portu"sunun oyununa baxıram. Bir epizodda "Yuventus", digərində "Portu" tərəfdən səs gəlir. Yəni, komandalarımızın hamısı oyun epizodlarında etiraz edir. Amma ümumən, hakimlikdən narazılıq üçün elə bir məqam yoxdur".

BAKU.WS