VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Bundesliqanın 24-cü turunda “Bavariya” evdə “Borussia”nı (Dortmund) 4:2 hesabı ilə məğlub edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Bavariya”nın heyətində polşalı hücumçu Robert Levandovski het-trik edib. Rəqib qapısına vurulan digər qolun müəllifi Leon Qoretzka olub. “Borussia”nın (Dortmund) heyətində isə Erlinq Braut Haland dublla yadda qalıb.

Qeyd edək ki, 55 xal toplayan “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının turnir cədvəlində ilk sırada qərarlaşıb.

BAKU.WS