SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra 33-cü xalını qazanan "Neftçi" liderliyini möhkəmləndirib. Qonaqlar isə 18 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" səfərdə "Keşlə"ilə qollu heç-heçə edib 2:2. Dünən baş tutan matçlarda isə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə səfərdə "Sumqayıt"la qolsuz bərabərliyə razılaşıb.

BAKU.WS
QALEREYA