SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

"Qəbələ” futbol klubunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan "qırmızı-qaralar” daha bir transferi reallaşdırıb. Komandamız bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu "Qəbələ”yədək vətənində "İskra” (Buqoyno, 2006-2007),  Xorvatiyada "Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. 

Futbolçu Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.
 
Azad Əliyev
BAKU.WS