VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına baxıblar.

Füzuli şəhərində dağıdılmış məscidin və “Araz” qəzetinin binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

BAKU.WS
QALEREYA