SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Rusiyanın Nijni-Novqorod şəhərində MMA üzrə EFC (Eagle Fighting Championship) turniri keçiriləcək.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, EFC-31 turnirində Azərbaycandan da iki idmançı oktaqona çıxacaq.

Bunlar Nijni-Novqorodda yaşayan azərbaycanlı idmançılar – Ömər Rzayevlə Ruslan Quliyevdir.

Ömər 2017-ci ildən peşəkar MMA ilə məşğuldur. 24 yaşlı idmançı dörd dəfə qələbə qazanıb, iki dəfə məğlub olub. Onun rəqibi Umar Kunakbiyev əslən Dağıstandan – Xasavyurtdandır. 23 yaşlı idmançı hələ ki, məğlubedilməzdir. O, sonuncu – dördüncü qələbəsini Rusiya azərbaycanlısı Xəlil Xəlilzadəni nokauta göndərməklə qazanıb.

Qeyd edək ki, EFC əvvəlki Həbib Nurməhəmmədovun atası Əbdülmanafın fəxri prezidenti olduğu GFC (Gorilla Fighting Championship) turniridir. Həbib bir neçə həftə əvvəl bu turniri alıb və dekabrın 2-də adını EFC edib. Dekabrın 6-da isə turnirin prezidentinin Şamil Zavurov olacağını açıqlayıb. Bu üzdən Nurməhəmmədov bu yarışı turnirin sahibi kimi izləyəcək.

BAKU.WS