VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ildə yenilik edib.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, hər ilin yekunlarına əsasən hər kişi, həm qadınlar arasında müxtəlif nominasiyalarda ən yaxşıları və dünyanın rəmzi yığmasını müəyyənləşdirən qurum ilk dəfə ayrı-ayrı qitələrin “11-lik”lərini də seçib.

İFFHS-ın Avropa ölkələrində olan nümayəndələri arasında səsverməyə əsasən “Köhnə qitə” yığması bəlli olub. Almaniya “Bavariya”sı daha çox – 5 oyunçu ilə komandada təmsil olunub. Onlardan biri ilin yarısını Münhen klubunda keçirib.

Qapıçı: Manuel Noyer (Almaniya, “Bavariya”);

Müdafiəçilər: Trent Aleksander Arnold (İngiltərə, “Liverpul”), Serxio Ramos (İspaniya, “Real”), Vircil van Deyk (Niderland, “Liverpul”), David Alaba (Avstriya, “Bavariya”);

Yarımmüdafiəçilər: Coşua Kimmix (Almaniya, “Bavariya”), Tyaqo Alkantara (İspaniya, “Bavariya”/“Liverpul”), Kevin de Breyne (Belçika, “Mançester Siti”);

Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”), Robert Levandovski (Polşa, “Bavariya”), Killian Mbappe (Fransa, PSJ).

BAKU.WS