SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino yığma komanda ilə yollarını ayırıb. BAKU.WS-in məlumatına görə, ispaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb. 

Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
 
BAKU.WS