Ötən gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki Azərbaycan klubu "Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum olub.
 
BAKU.WS-in məlumatına görə, "Qarabağ" klubu qrup mərhələsində "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə qarşılaşcaq. 
 
Azərbaycanın digər bir təmsilçisi "Qəbələ" isə "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) üz-üzə gələcək.
 
Avropa Liqasının digər klubları isə qrupda belə səpələnib.
 
ŞAHİN Həbibov
BAKU.WS