VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentinanın "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradonaya dəstək olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə instaqramda paylaşım edib.

Messi əməliyyat olunan 55 yaşlı mütəxəssisin tezliklə sağalmasını arzulayıb: "Ailəm və mən sizi ən qısa müddətdə görmək istəyirik. Sizi qəlbimlə qucaqlayıram".

Qeyd edək ki, Dieqo Maradonaya xroniki subdural hematoma diaqnozu qoyulub. Onun əməliyyatı uğurlu alınıb.

Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.

Xatırladaq ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

BAKU.WS