SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqasında iştirak qarşılığında klublara verilən mükafatların qarşıdakı 5 mövsümdə azaltmağı qərara alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri əldə etdiyi UEFA-nın məktubunun mətninə əsasən xəbər yayıb.

Əsas səbəb kimi ötən avrokubok mövsümündə koronavirus pandemiyası ilə əlaqədar gəlirlərin azalması göstərilib. UEFA 2019/2020 mövsümündə teleyayım və sponsorluq müqavilələri hüququnun satışından 566 milyon ABŞ dollarınadək itirib. Qitə futbol təşkilatı təxirə salınmış matçların möhlətinə görə yayımçı şirkətlərə və sponsorlara kompensasiya ödəməli olub.

Digər səbəb isə pley-off oyunlarının sayında azalmadır. Çempionlar Liqası və Avropa Liqasında 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Avropa Liqasında da 1/8 final cütlərindən 1/2 qarşılaşma oynanılıb.

Qeyd edək ki, Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsi oktyabrın 20-də, Avropa Liqasında isə oktyabrın 22-də başlayacaq. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. Çempionlar Liqasında pley-off istisna olmaqla, təsnifat mərhələlərinin hamısı bir matçdan ibarət olub. Qrup və pley-off mərhələlərinin isə ənənəvi formatda təşkili nəzərdə tutulub.

BAKU.WS