SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycan tarixdə ilk dəfə iki klubla Avropa Liqasının qrup mərhələsində təmsil olunacaq.
 
BAKU.WS-in məlumatına görə, "Qarabağ” və "Qəbələ”nin qrup mərhələsinə adlaması klublarımızın qazancını artıracaq. Azərbaycan təmsilçiləri ümumilikdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqlarına görə, 6 milyon avroyadək pul alacaqlar. 
 
Bununla yanaşı, qrup matçlarında hər qalibiyyətə görə klublarımız əlavə olaraq 200 min avro qazanacaqlar. Heç-heçə bitən matçlara görə isə Azərbaycan təmsilçilərinə 100 min avro ödənilicək. Qrup lideri olaraq çıxan klubumuz əlavə 400 min avro gəlir əldə edəcək.
 
ŞAHİN Həbibov 
BAKU.WS