VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli banklardan biri öz ATM-lərində "Qarabağ Azərbaycanındır" yazısını yerləşdirib.

Sosial şəbəkələr müasir dünyanın ən güclü silahlarından biridir. Dünən gecədən etibarən yerli banklardan birinin öz ATM-lərində ingilis dilində "Qarabağ Azərbaycanındır" yazısını yazması müzakirə edilməkdədir.

Son dövrdə baş verən hadisələr fonunda şirkətlərin belə gedişlər etməsi ictimaiyyət tərəfindən əsasən birmənalı qarşılanır.

Ümummilli mövzularda şirkətlərin həmrəylik göstərməsi çox yaxşıdır və təqdirəlayiq nümunədir. Lakin bunun sistemli edilməsi və bütün şirkətlərin bu prosesə qoşulması lazım olduğunu düşünürük.

Maraqlıdır, ölkəmizdəki digər şirkətlər bu mövzuda nəsə edirlərmi?

BAKU.WS
QALEREYA