VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bu barədə nazirlikdən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, markanın hazırlanmasında məqsəd 1941-1945-ci illərdə Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin həm yerli, həm də əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.

Markada neft istehsalında istifadə edilən mancanaq dəzgahının qolu – balansir tərəfindən dağıdılmış Vermaxt əsgərinin dəbilqəsi, arxa planda isə həmin illərə aid neft qüllələri təsvir olunub.

Bu marka vasitəsilə Azərbaycan neftinin, azərbaycanlı neftçilərin arxa cəbhədə sərf etdikləri titanik əməyin XX əsrin ortalarında bəşəriyyətin bəlasına çevrilmiş faşizmin məhv edilməsindəki əhəmiyyəti bir daha qabardılır, dünya kolleksiyaçıları arasında yayılır.

Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

BAKU.WS
QALEREYA