VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti oktyabr ayında bərpa oluna bilər.

BAKU.WS xəbər verir ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işləri vaxtından əvvəl təhvil vermək niyyətindədir.

"Mümkündür ki, oktyabr ayında işlər təhvil verilsin. Oktyabr ayının ortalarında işlər yekunlaşmalıdır. Ancaq işlər açıq hava şəraitində aparıldığı üçün yağışlar yağması işi müəyyən qədər ləngidə bilər. Biz maksimal dərəcədə çalışacağıq ki, işləri daha tez təhvil verək. Bundan sonra həmin ərazidə “Azərbaycan Dəmir Yolları” QSC də öz işlərini həyata keçirəcək”, - deyə AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib.

Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti oktyabr ayında bərpa oluna biləcəyi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, işlər qrafikə uyğun gedərsə, "Azərbaycan Dəmir Yolları" QSC də Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündəki işlərini qısa müddətdə yekunlaşdıracaq.

Orxan Hüseyn
BAKU.WS