SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, müsahibənin bu gün yayımlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.

Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

BAKU.WS