SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şəbəkə” Xidmət Mərkəzləri və müvafiq poçt şöbələri bayram günlərində də vətəndaşlara xidmət göstərəcək.

BAKU.WS xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

31 iyul-3 avqust tarixlərində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09.00-dan 17.00-dək, paytaxtın Üzeyir Hacıbəyli 72 ünvanında yerləşən 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09.00-dan 18.00-dək vətəndaşların xidmətində olacaq.

BAKU.WS