VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atasının yaşadığı binadan barelyefi götürülüb.

BAKU.WS vətəninfo.az-a istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən binanın üzərindən akademik Əhməd Mahmudovun barelyelefini söküb.

Qeyd edək ki, bir müddət əvvəl Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı məktəb-liseyin qarşısından da götürülüb və ölkənin müxtəlif ali təhsil ocaqları tərəfindən onun adına təsis edilən mükafatlar ləğv edilib.

BAKU.WS