SİZİN REKLAM BURADA!
055 213 76 73


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruriliyi qeyd olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

- Alış-verişə ailənizdən bir nəfər göndərin.

- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.

- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə və ya dirsək bükümünüzlə örtün.

- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

- Digərləri ilə fiziki məsafə saxlayın.

- Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

- Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

- Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

BAKU.WS