SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar fəaliyyətini müvəqqəti dayandırır.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə - 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".

BAKU.WS