VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərdən koronavirusla bağlı bəyannamə tələb ediləcək.

BAKU.WS xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, şagirdlər bəyannamədə özünün, ailə üzvlərinin və yaxınlarının koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatları qeyd edəcək.

M.Abbaszadə həmçinin vurğulayıb ki, şagirdlər yaşadığı ərazilərdə (rayonlarda, kəndlərdə) imtahan verəcəklər. Bir sinifdə isə maksimum 15 şagirdin imtahan verməsinə icazə veriləcək.

Bundan başqa, şagirdlər imtahan binasına daxil olarkən onların hərarəti də yoxlanılacaq.

BAKU.WS