VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin may ayında satılan vəsaitin həcmi açıqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2020-ci ilin may ayı ərzində ARDNF tərəfindən 334 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Bu, cari ilin aprel ayı ilə müqayisədə 37,1%, ötən ilin may ayı ilə müqayisədə isə 5,2% azdır.

Bu ilin yanvar-may aylarında ARDNF tərəfindən 3 637 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.

BAKU.WS