VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda yaşı 200-dən yuxarı olan bir bina var.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bina dam örtüyü istisna olmaqla necə tikilibsə, elə də qalıb.

Yaşlıların dediyinə görə, Salyanda I əsrdən çox yaşı olan binalar qalsa da 200 ildən çox yaşı olan belə nadir bina yoxdur.

Bu qədim ev rayonun Babazənan yaşayış massivində, Kür çayının yaxınlığında tikilib. Vaxtı ilə bu yaşayış binasını salyanlı bəylərdən biri tikdirib. Sövet hakimiyyəti qurulana kimi bu evdə yaşayış olub.

Hündürlüyü 3,5 metr, qırmızı kərpicdən hörülmüş divarın qalınlığı isə bir metrdir. Yaşayış evindən ötən əsrin 90-cı illərinə kimi idarə, müəssisə və məktəb kimi istifadə edilib. O vaxtdan bu günə kimi sahibsiz qaldığından onu yalnız yerli sakinlərin özləri qoruyaraq bu günə kimi gətirib çıxarıblar.

Sakinlər deyirlər ki, gələcək nəsillərin keçmişimizi bilməsi baxımından belə binaların qorunması olduqca vacibdir. Əgər bu bina dövlət tərəfindən qorunub saxlanılmazsa gələcəkdə məhv olub gedəcək.

BAKU.WS
VİDEO