VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan sürücülük vəsiqələri Türkiyədə tanınacaq.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında razılaşma imzalanıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Alanın imzaladığı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” azərbaycanlı sürücülərin Türkiyədə, türk sürücülərin isə Azərbaycanda rahat hərəkət etməsinə imkan yaradacaq.