VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kənd təsərrüfatı məhsulları ancaq orta və iri tonnajlı yük maşınlarında gətirilə bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, insanlar rayonlardan ancaq möhürlənmiş sənəd almaqla kənd təsərrüfatı məhsulları gətirə bilərlər:

“Fermerlərin bölgələrdən Bakıya və ya digər şəhərlərə kənd təsərrüfatı məhsulları aparmasına qadağa yoxdur. Lakin bu zaman da bəzi şərtlərə riayət olunmalıdır. Belə ki, əvvəlcə fermer yaşadığı ərazi üzrə icra nümayəndəliyindən möhürlü şəkildə sənəd almalıdır. Üstəgəl bu daşınmalar yalnız orta və iri tonnajlı yük avtomobilləri ilə həyata keçirilə bilər".

Bəs fərdi qaydada kiminsə öz təsərrüfatının məhsulunu Bakıya satmaq üçün gətirməsi mümkündürmü?

K.Əliyev deyir ki, fərdi qaydada kiminsə bir şəhərdən digərinə məhsul aparmasına icazə yoxdur: "Həmçinin iri tonnajlı yük avtomobillərində də məhsul daşınan zaman sürücünün yanında yalnız bir nəfərin gəlməyinə icazə var”.

BAKU.WS