SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakının daha dörd rayonu üzrə sakinlər pensiya alacaqlar.

BAKU.WS-in məlumatına görə, bu gün Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinlərinin müavinəti kartlarına köçürüləcək. 

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.

Diqqətə çatdırılır ki, COVID-19 pandemiyası ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də “Azərpoçt”un istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

BAKU.WS