SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qan donorlarına çağırış edib.

BAKU.WS xəbər verir ki, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in hazırda paralel olaraq digər xəstəliklərin idarə olunması ilə də məşğul olduğunu söyləyib.

R.Bayramlı qeyd edib ki, qan ehtiyatı da talassemiya xəstəliyində, hemotoloji, onkoloji xəstəliklərdə, cərrahiyyə əməliyyatlarında mühüm amildir:

“Hazırda qan ehtiyatı var. Ona görə də müvafiq maarifləndirici materiallar hazırlamışıq ki, burada axsama olmasın. Fürsətdən istifadə edib, donorlara müraciət edirəm. Humanist mövqelərini davam etdirsinlər ki, qarşıda sıxıntı olmasın. Onların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, hər hansı infeksiya ilə qarşılaşmayacaqlar. Biz üzərimizə düşən işləri görürük, amma könüllü donorlardan çox şey asılıdır, donorları yenə də qanvermə ilə bağlı əməkdaşlığa dəvət edirəm”.

BAKU.WS