SİZİN REKLAM BURADA!
055 213 76 73



Caz ustaları İbrahim Fərhadlı üçün konsert proqramı ilə çıxış edəcəklər.
 
BAKU.WS məlumat verir ki, bu haqda Facebookda "İbrahimə dəstək qrupu" eventində məlumat yer alıb. İbrahimin müalicəsi üçün tələb olunan məbləği yığmaq üçün könüllülər bir sıra xeyriyyə yarmarkaları təşkil ediblər. Bu dəfə könüllər İbrahim üçün xeyriyyə konserti keçirəcəklər. 

"Milli Koloritli Jazz Gecəsi” adı ilə 18 martda saat 19:30-da keçiriləcək konsertdə məşhur caz ifaçıları iştirak edəcək. Məşhurlardan Nurlan Növrəsli, Arslan Növrəsli (caz qrupu ilə), Fərid və Aygün Əsgərovlar, Təranə Mahmudova, Salman Qəmbərov, Fərid Mayılov və Anar Keytarman (Yusifov), Mircavad Cəfərov və Cəngi Caz Qrupu, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramında çıxış edəcəklər. 

Biletləri (070) 201-20-21 və ya (070) 201-15-87 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə və ya "Nizami" restoranından (Bülbül prospekti, 20) əldə edə bilərsiniz.
 
BAKU.WS