SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Müsbət I və II qrup qanlara daha çox ehtiyacımız var. Bu qrupdan olan xəstələrimiz də daha çoxdur".

BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib. O, bildirib ki, 2010-cu ildə 46 min donorumuz olmuşdusa 2015-ci iləd 75 min 184 min nəfərdir. Bu da 61% artım deməkdir. Onun sözlərinə görə, III və IV qrup donorlarımız az olduğu üçün bu qan qrupundan olan xəstələrimiz də azdır:

"Dünyada olduğu kimi Azərbaycanda da qan 42 günə qədər  saxlanıla bilər. Mərkəzi Qan Bankında da müvafiq şərait yaradılıb. Qanları 42 gün saxlaya bilirk. Amma qanın ağ , plazma hissəsi var ki, 24 aya qədər xüsusi dondurucularda saxlayırıq". 

Pərvanə Hacıyeva donorlardan götürülən qanlarda xəstəliklərin aşkar olunduğunu da bildirib. O, qeyd edib ki, donorlardan qan götürüləndə 4 infeksiyaya qarşı analiz götürülür. Bunlar SPİD, sifilis, Hepatit B, Hepatit C infeksiyalarıdır. Hər il olduğu kimi bu il də 7-8% insanlarda infeksiya aşkarlanıb.

P.Hacıyevanın sözlərinə görə, ötən il 36,598 litrə qan tədarük olunub. 
 
Ayşən Ayxan 
BAKU.WS