"2015-ci ilin iyun ayının 1-dən bu günə kimi (9 ay ərzində) nikaha girmək istəyən 107500 şəxs müayinədən keçmiş və onların 6228-də talassemiya daşıyıcılığı aşkar edilib. İl ərzində isə 180 min nəfərin müayinəsi nəzərdə tutulur".
 
BAKU.WS məlumat verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva  deyib. O, bildirib ki, son illər qan xəstəliklərində artım müşahidə olunmur: 

"Dünya statistikasına baxsaq görərik ki, hər il leykozla xəstələnmə 100 min nəfər 9-13 nəfərdir. Amerikada bu göstərici daha yüksəkdir. Orada 100 min nəfərə 30 xəstələnmə halı təşkil edir. Bizdə isə hər 100 nəfərə 4-5 xəstələnmə kimi qeyd olunur. Xəstəliyin aşkar olunması xəstəliyin artması deyil. Əslində şəraitin yaxşılaşdırılmasıdır ki, xəstəlik ilkin mərhələdə aşkarlanır ",-deyə Zöhrə Əlmirzəyeva bildirib.
 
Ayşən Ayxan
BAKU.WS