SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı əsassız məlumat yayılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır.

Əmlak kompleksinin daşınmaz əmlakı bir ədəd beşmərtəbəli, dörd ədəd birmərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.

Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, bu kimi məlumatları yalnız rəsmi mənbələrlə dəqiqləşdirdikdən sonra yayımlasınlar.

BAKU.WS