SİZİN REKLAM BURADA!
055 213 76 73


İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. 

Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.

BAKU.WS