SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə əcnəbi gəlinlərin statistikası açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, 2015-ci ildə Türkiyədə nikaha düşən əcnəbi gəlinlər arasında suriyalılar ilk pillədə qərarlaşıb. Türkiyədə ərə gedən suriyalıların sayı 3 min 569 (19%) nəfərdir. 
 
Suriyalı gəlinləri 14,3%-lə alman gəlinlər (2 min 695 nəfər) izləyib. İlk üçlüyü azərbaycanlı gəlinlər tamamlayıb. Türkiyədə Azərbaycanlı gəlinlərin sayı 1653 nəfərə çatıb. Bu isə faiz nisbəti ilə 8,8% həcmindədir. 
 
Bununla yanaşı, ölkədə orta hesabla ilk evlənmə yaşı 2015-ci ildə kişilər üçün 27, qadınlar üçün 23,9 olub. 
 
BAKU.WS