SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BAKU.WS