SİZİN REKLAM BURADA!
055 213 76 73


"Holiday Inn Baku" otelinin rəhbərliyi bu otelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib.

Oteldən "Report"a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən oteldə qonaqlayan 2 xarici vətəndaş yoxlamaya alınıb və koronavirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:

"Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər".

Qeyd edək ki, Bakıda "Holiday Inn Baku" otelinin iki, digər otellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü.

BAKU.WS